14 C
Baku
Saturday, April 26, 2025

ABŞ dolları dəyər itkisinin bir hissəsini bərpa edib

Prezident Donald Trampın açıqlamalarından sonra Federal Ehtiyat Sisteminin müstəqilliyi və ABŞ-Çin ticarət müharibəsi ilə bağlı narahatlıqların azalması fonunda dolların məzənnəsi yüksəlməyə başlayıb.

Banker.az xəbər verir ki, Tramp çərşənbə axşamı günü Federal Ehtiyat Sistemi sədri Cerom Pueli vəzifədən azad etməyi planlaşdırmadığını bildirib və Çinə tətbiq olunan tariflərin azaldıla biləcəyini qeyd edib.

“Dollar indi əsas bir bərpa mərhələsinə daxil olurmu? Mən bundan o qədər də əmin deyiləm,” – deyə, “Commerzbank”dan Maylk  Pfisterin qeydində bildirib.

Onun sözlərinə görə, Tramp administrasiyası zəif dolları üstün tutduğunu dəfələrlə göstərib və prezidentin qeyri-sabit siyasət yanaşmasını dəyişəcəyi ehtimalı azdır.

DXY dollar indeksi bazar ertəsi üç ilin ən aşağı səviyyəsi olan 97.921-ə düşdükdən sonra 0.3% artaraq 99.2050-yə çatıb.

Son xəbərlər
Digər xəbərlər