ABŞ-da FED-in yeni inflyasiya xəbərdarlığı ilə dollarının indeksi son 50 günün minimumuna endi. ABŞ dolları əsas ticarət tərəfdaşları avro, avstraliya dolları, kanada dolları, ingilis funt sterlinqi qarşısında ucuzlaşıb.
Banker.az xəbər verir ki, ABŞ dolları 6 əsas ticarət tərəfdaşlarının valyutaları səbəti qarşısında (Bakı vaxt 14:40) 0.41 bənd eniş, yaxud 0.46% azalma ilə 89.76 bəndə düşüb.
Bu da yanvarın 6 dan bu tərəfə minimal göstəricidir.
EUR/USD cütlüyü 0.5098% artımla 1.2225, GBP/USD cütlüyü 0.1202% artımla 1.4158, USD/CAD cütlüyü 0.2716% azalma ilə 1.2487, USD/JPY isə artımla 106.082 səviyyəsində olub.
Dollar indeksi – ABŞ dollarının dünyanın 6 əsas valyutasından ibarət valyuta səbətinə nisbətini göstərir. Bu valyutalar – avro (səbətdə payı 57.6%), yen (13.6%), funt sterlinq (11.9%), Kanada dolları (9.1%), İsveç kronu (4.2%) və İsveçrə frankı (3.6%) təşkil edir. İndeks 1973-cü ilin mart ayından hesablanır və baza dəyəri 100 qəbul olunub.
Bununla belə, Amerikanın istiqraz bazarında on illik gəlirlilik 1.42%-ın üzərinə qalxmaqla, son bir ilin maksimumuna yaxınlaşmış oldu.
Bayden ABŞ-da tanınmış iş adamları ilə görüşüb. Bu da ehtimal edilir ki, 1.9 trilyon dollarlıq paketin ABŞ iqtisadiyyatında yeni bir canlanma dalğası yaradacağı ətraflında fikirlərin səslənməsi, uzunmüddətli perespektivdə treyderlərin dollar indeksində yatırım marağını artıra bilər.