8 C
Baku
Monday, March 2, 2026

ABŞ dolları geosiyasi gərginlikdə “ehtiyat limanı” kimi bahalaşır – Proqnoz nədir?

ABŞ və İsrailin İrana zərbələrindən sonra uzanan münaqişə riski artdığı üçün investorlar daha etibarlı aktivlərə üz tutublar. Bu sırada qızıl və ABŞ dollarları əsas sırada olsa da, digər mühüm valyutalar da az deyil.

Banker.az xəbər verir ki, ABŞ dolları avro qarşısında son beş həftənin maksimumuna yüksələrkən, İsveçrə frankı avroya qarşı son on ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb.

Neft qiymətlərinin bahalaşması fonunda dollar əsas valyutalara qarşı möhkəmlənib. Bu isə svop treyderlərini ABŞ Federal Ehtiyat Sisteminin (FES) bu il faiz endirimi ilə bağlı gözləntilərini yenidən nəzərdən keçirməyə vadar edib.

Bloomberg tərəfindən fərdi hesablaması ilə ölüçlən dollar indeksi 0.7% artaraq fevralın əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb. Neft qiymətlərindəki kəskin artım inflyasiya təzyiqini gücləndirib və svop bazarında treyderlər artıq bu il üçün təxminən 59 baza bəndi faiz endirimi gözləyirlər. Cümə günü bu göstərici 61 baza bəndi idi.

Sinqapurda yerləşən “Macquarie Group”un strateqi Qaret Berri bildirib ki, neft qiymətləri artmaqda davam edərsə və inflyasiya təzyiqini gücləndirərsə, bazar FES-dən daha az faiz endirimi gözləyə bilər.

42

Bazar əhvalının pisləşməsi də dolları dəstəkləyir. Ölkənin ən iri 500 şirkətinin səhmkərini ölçən S&P 500 fyuçersləri 1.5% geriləyib. İranın milli təhlükəsizlik rəhbərinin ABŞ ilə danışıqlar aparılmayacağı barədə bəyanatı və Prezident Donald Trampın bombardmanların davam edəcəyi ilə bağlı açıqlaması riskləri artırıb.

Qızıl istisna olmaqla, dollar bazar ertəsi möhkəmlənən azsaylı ənənəvi “təhlükəsiz liman” aktivlərindən biri olub. ABŞ xəzinə istiqrazları, yapon yeni və İsveçrə frankı isə zəifləyib.

Frank avroya qarşı 0.7% bahalaşaraq 0.903 səviyyəsinə, dollara qarşı isə 0.4% artaraq 0.7661 səviyyəsinə yüksəlib.

Altı əsas – frank, avro və digər əsas valyutalara qarşı məzənnəni ölçülən dollar indeksi (DXY) 0.3% artaraq 98.27 səviyyəsini keçib ki, bu da 23 yanvardan bəri ən yüksək göstəricidir.

Zərbələr nəticəsində İranın ali lideri Ayətullah Əli Xamenei həlak olub və ölkədə hakimiyyət uğrunda kəskin mübarizə başlayıb.

İranın cavab hücumlarından sonra toqquşmalar bazar ertəsi də davam edib. İran İnqilab Keşikçiləri üç ABŞ və Böyük Britaniya neft tankerinə hücum etdiyini açıqlayıb. İsrail, BƏƏ, Qətər, Bəhreyn və Küveytdə də partlayışlar qeydə alınıb.

“BNZ” bankının Vellinqtondakı strateqi Ceyson Vonq bildirib ki, münaqişənin nə qədər davam edəcəyi, neftin nə qədər bahalaşacağı və Hörmüz boğazının bağlanıb-bağlanmayacağı qeyri-müəyyəndir.

Yapon yeni dollara qarşı 0.6% zəifləyərək 157 səviyyəsinə enib. Bazar iştirakçıları enerji qiymətlərinin artımının neft idxalına təsirini və bunun Yaponiya Bankının siyasətinə mümkün təsirini qiymətləndirir.

“Morgan Stanley” MUFG analitikləri bildiriblər ki, Yaxın Şərqdə artan qeyri-müəyyənlik fonunda Yaponiya Bankı daha ehtiyatlı mövqe tuta bilər və yaxın zamanda faiz artımı ehtimalı daha da azalır.

Norveç kronu dollara qarşı 0.7% möhkəmlənib, Kanada dolları isə sabit qalıb.

Avro mümkün enerji təchizatı riskləri səbəbindən dollara qarşı 0.8% ucuzlaşaraq 1.1725 səviyyəsinə enib. Funt sterlinq 0.9% azalaraq 1.3372 olub.

Riskə həssas Avstraliya dolları dollara qarşı 1.2%, Yeni Zelandiya dolları isə 0.8% ucuzlaşıb.

Kipr Prezidenti Böyük Britaniyanın Akrotiri hərbi bazasının “Shahed” tipli PUA ilə hədəf alındığını və kiçik zərər dəydiyini açıqlayıb.

“Wells Fargo” analitikləri qeyd ediblər ki, Avropa qaz ehtiyatlarının mövsümi doldurulması ərəfəsində rekord aşağı səviyyədədir və qiymətlər artarsa, Aİ daha bahalı enerji idxalı ilə üzləşə bilər.

Çinin ofşor yuanı dollara qarşı 0.3% zəifləyərək 6.8801 səviyyəsinə düşüb. Çin Xalq Bankı valyutanın möhkəmlənməsinin qarşısını almaq üçün gündəlik fiksinqi aşağı salıb. Çin böyük enerji idxalçısı və İran neftinin əsas alıcılarından biridir.

Bazar ertəsi İsrail Livanda hərbi əməliyyatları genişləndirərək İranın dəstəklədiyi “Hizbullah” qruplaşmasını da hədəfə alıb.

 

Son xəbərlər
Digər xəbərlər