9 C
Baku
Friday, December 13, 2024

ABŞ dolları haqqında maraqlı faktlar

1. Hesab edilir ki, 1 dollar nominalında olan banknotda masonların simvolları şifrələnmişdir. Axtarış saytlarında  əskinasda təsvir olunmuş piramidanın aşağısında yazılan MDCCLXXVI – simvollarını yığmaq kifayətdir, sorğuya cavab olaraq şifrələnmiş simvollar mövzusunda çox sayda məqalələr çıxacaq.

2. Bəzi müəlliflər 1935-ci ilin bir dollarlıq əskinasının dizaynını yanlış olaraq rus rəssamı Nikolay Rerixə aid edirlər.  Ancaq onun görünüşünün dəyişilməsinin təşşəbbüskarları Henri Uolles və Franklin Ruzvelt olmuşdu. Onun dizayneri ABŞ-ın Maliyyə nazirliyi yanında pul nişanları və qiymətli kağızlar buraxan Qravyur Bürosunun rəisi Edvard M. Uiksdir.

3. ABŞ dolları çap olunan kağız – 25% kətandan və 75% pambıqdan ibarətdir. O, bütün parça boyu səpələnmiş müxtəlif ölçüdə qırmızı və göy rəngdə xırda sintetik lifləri olan neytral rəngdədir.

4. Dollar nəyə görə yaşıldır? 1869-cu ildə ABŞ-ın Maliyyə nazirliyi Filadelfiyadan olan Messers J. М. & Сох şirkəti ilə pul istehsalı üçün eni 2-3 düym çətinliklə görünən şaquli zolaqlı xüsusi su nişanı olan kağız buraxmaq üçün müqavilə bağlamışdı.  Təxminən həmən illər xəzinədarlıq ilk dəfə yaşıl boyadan istifadə edərək dollarları çap etməyə başladı.

Yeniliyin səbəbi fotoşəkilin yaranması idi: ancaq kənarları yaşıl rəngdə olan qara boya ilə işlənmiş köhnə əskinasları çox asan olaraq fotoşəkil üsulu ilə yenidən çap etmək mümkün idi. Hazırlanmasında yaşıl rəng istifadə edildiyi səbəbindən, rənglər seçmək və boya almaq lazım deyildi. Bununla əlaqədar olaraq yaşıl boyanı böyük həcmlərdə istifadə etməyə başladılar. 1929-cu ilə qədər dollarların istehsalında müxtəlif rənglərdən istifadə olunurdu, birtonlu rəngdən ancaq 1929-cu ildə istifadə etməyə başladılar. Bu faktın izahı belə səslənir: yaşıl boyalar kifayət qədər ucuz idi, rəngin özü xarici təsirlərə nisbətən davamlı idi və psixoloji cəhətdən pullara etibar hissi yaradırdı. Son illər dollar banknotları yenidən müxtəlif rəngdə istehsal olunaraq, sarı və çəhrayı rənglərə çalmağa başladılar.

5. Dolların bir banknotunun təxmini çəkisi, dəyərindən asılı olmayaraq 1 qrama bərabərdir.

6. Dollar əskinasının ömrü orta hesabla təxminən 22 ay təşkil edir.

7. Hər bir banknotu çat əmələ gəlincə eninə və uzununa 4 min dəfə qatlamaq olar.

Son xəbərlər
Digər xəbərlər