10 C
Baku
Wednesday, December 11, 2024

ABŞ dolları harada və necə çap olunur?

ABŞ dolları dünyəvi valyuta olduğundan o özünün xüsusi statusuna uyğun olmalıdır. Banknotların keyfiyyət və təhlükəsizliyini təmin etmək və lazımi nəticəyə varmaq üçün xüsusi istehsalat prosesi yaradılmışdır.

İlk lazım olan ¼ hissəsi kətan ipdən və ¾ hissəsi isə pambıqdan ibarət olan xüsusi kağızdır. Hazır kağız isə ultrabənövşəyi dalğavari xətlərə sahibdir. ABŞ dollarının çap olunduğu yerə isə bu kağızlar eni 0,6426, uzunluğu isə 8 min metr olan rulon şəklində gətirilir.

Digər vacib olan komponent isə boyadır. Banknotun üz hissəsinə maqnit tərkibli qara, digər üzünə isə maqnit tərkibi olmayan yaşıl rəng vurulur. Banknotların təhlükəsizliyini təmin etmək və onları saxtalaşdırılmadan qorumaq üçün bütün bu xırdalıqlar mütləqdir.

Dollarların çap olunması üçün kağız xüsusi presslərdən keçirilir. İlk öncə dolların əks tərəfi, daha sonradan isə üz tərəfi çap olunur. Çap zamanı isə xüsusi təhlükəsizlik elementləri həyata keçirilir. Çapın keyfiyyəti isə xüsusi scaner və texnika vasitəsiləə yoxlanılır.

Daha sonradan çap olunmuş vərəqlər qurudulur və ayrı-ayrı banknotlara bölünür. Hazır pullar isə qablaşdırma lentləri ilə bağlanılır və növbəti daşınma üçün hazır vəziyyətə gətirilir.

Qeyd edək ki, pulların istehsal prosesinə ABŞ-ın Federal Ehtiyat sistemi nəzarət edir. Emissiya haqqına isə sistem iştirakçısı olan 12 federal ehtiyat bankı sahibdir. Hər bir dollarda isə dolların buraxılma yerini bildirən xüsusi qeyd mövcuddur.

  1. A Boston
  2. B New York
  3. C Philadelphia
  4. D Cleveland
  5. E Richmond
  6. F Atlanta
  7. G Chicago
  8. H St. Louis
  9. I Minneapolis
  10. J Kansas City
  11. K Dallas
  12. L San Francisco

0_fa92f_f72e109d_orig

0_fa93b_c52ecf85_orig

0_fa93c_fd595e90_orig

0_fa931_bc54ad7a_orig

0_fa934_d2c1dfc2_orig

0_fa937_49b1dd9_orig

0_fa939_e3a43a96_orig

0_fa93d_f134b125_orig

 

Son xəbərlər
Digər xəbərlər