1 C
Baku
Saturday, February 22, 2025

ABŞ dolları iki aylıq minimuma düşüb

ABŞ dolları altı əsas valyuta səbəti qarşısında iki aylıq minimumlara yaxın səviyyədə qalmağa davam edir.

Banker.az xəbər verir ki, bununla bağlı “Pepperstone” strateqi Maykl Braun qeyd edir.

“İnvestorlar Prezident Trampın son tarif planlarını və cümə günü açıqlanan zəif ABŞ pərakəndə satış məlumatlarını dəyərləndirir”, – deyə Maykl Braun bildirir.

Onun sözlərinə görə, Trampın qarşılıqlı tariflərinin apreldə qüvvəyə minməsi ehtimalı az olduğu üçün bazarlar danışıqlar üçün kifayət qədər vaxt olduğunu düşünür. Davam edən tarif riskləri və yüksək siyasət qeyri-müəyyənliyi fonunda dollara qarşı mərc etmək çətin olsa da, valyutanın yüksəlməsi üçün yeni bir impuls lazımdır, əks halda “müvəqqəti olaraq aşağı istiqamətdə hərəkət etməyə davam edəcək.

Buna ABŞ-nin iqtisadi təqvimində mart ayına qədər “xüsusi maraq doğuran heç bir məlumatın olmaması” da kömək etmir. DXY dollar indeksi 0,1% artaraq 106.799-a yüksəlsə də, cümə günü qeydə alınan 106.566 minimal səviyyəsinə yaxın qalır.

ING analitiki Kris Törnerin qeydinə görə, Ukrayna-Rusiya münaqişəsi ilə bağlı qeyri-müəyyənlik fonunda avronun yüksəlmə potensialı məhduddur. Onun sözlərinə görə, Ukraynada atəşkəsə nail olmaq üçün göstərilən səylər avronu cüzi dəstəkləsə də, “ABŞ-ın artan izolyasionizmi perspektivi” valyuta üçün müsbət görünmür.

“Buradan etibarən avronun xeyli yüksəlməsi, ABŞ-nin [iqtisadi] aktivliyinin daha da zəifləməsinə dair əminlik tələb edir – bu isə bizdə yoxdur”, – deyə Törner bildirir.

Avropa liderlərinin görüşü bazar ertəsi Parisdə keçirilir və Avropanın ABŞ və Rusiya arasında aparılan Ukrayna sülh danışıqlarından kənarda qalması ilə bağlı narahatlıqlar artır. “FactSet”in məlumatına görə, avro 0.1% azalaraq $1.0477 səviyyəsinə düşüb, cümə günü isə iki yarım həftənin maksimumu olan $1.0516-ya çatmışdı.

Son xəbərlər
Digər xəbərlər