2 C
Baku
Saturday, December 14, 2024

ABŞ dolları “məyusluğa” rəğmən, bahalaşır – 3 ayın maksimumu

BANKER.AZ, Bakı vaxtı ilə 13:22 – Ötən həftənin son iş günü ABŞ-ın Əmək Departamenti (nazirlik funksiyasını həyata keçirir) açıqladı ki, yanvar ayı ərzində ölkədə 49 min yeni iş yerinin yaranıb, işsizlik ayın əvvəli ilə müqayisədə 0.3 bənd azalmaqla 6.3%-ə düşüb. Bu isə əslində proqnozlaşdırılan rəqəmlərdən aşağıdır və bir çoxları üçün həmin statistik hesabat məyusluq yaradıb.

Lakin, investorların yeni hakimiyyətin iqtisadiyyatla bağlı addımlarının gələcək üçün nikbin vədlər verməsi ABŞ valyutasının yenidən güclənməsinə dəstək verib.

Dolların (USD) indeksi yeni iş həftəsinə 0.202 bənd, yaxud 0.22% artımla 90.170 bəndə yüksəlib. Bu da noyabrın 30-dan bu tərəfə, yəni, 70 günün ən yüksək göstəricisidir.

Dollar indeksi – ABŞ dollarının dünyanın 6 əsas valyutasından ibarət valyuta səbətinə nisbətini göstərir. Bu valyutalar – avro (səbətdə payı 57.6%), yen (13.6%), funt sterlinq (11.9%), Kanada dolları (9.1%), İsveç kronu (4.2%) və İsveçrə frankı (3.6%) təşkil edir. İndeks 1973-cü ilin mart ayından hesablanır və baza dəyəri 100 qəbul olunub.

EUR/USD cütlüyünün məzənnəsi 0.0014 dollar enişlə  (0.12%) 1.2027 səviyyəsinə, GBP/USD cütlüyü 0.0023 enişlə (0.17%) 1.3710 səviyyəsinə, AUD/USD cütlüyü 0.0015 enişlə (0.20%) 0.7662   səviyyəsinə düşdüyü halda, USD/JPY cütlüyü 0.23 artımla (0.22%) 105.59 səviyyəsinə, USD/CAD 0.0023 artımla (0.18%) 1.2774 səviyyəsinə qədər artım göstərib.

tvc 488f71e7ed384d663e595dd0a28a3811

Son xəbərlər
Digər xəbərlər