16 C
Baku
Thursday, March 28, 2024

ABŞ dolları son bir ilin maksimumunda

ABŞ dollarının indeksi altı əsas valyuta qarşısında daha da möhkəmlənərək son bir ilin maksimumuna yüksəlib.

Banker.az xəbər verir ki, ABŞ dollarının indeksi hazırda 94.29 bənd olmaqla 2020-ci ilin sentyabr ayının 21-dən bu tərəfə ən yüksək həddə keçib.

ABŞ-da aşağı faiz dərəcələri dövrü, ehtimal ki, gələcəkdə bir müddət davam edəcək, deyə ABŞ-ın Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen cari həftənin ikinci iş günündə Konqresdəki çıxışında bildirib. O qeyd edib ki, inflyasiyanın artmasının zəiflədiyini göstərən bəzi əlamətlər var.

Lakin günlük müqayisədə ABŞ dolları azca zəiflik müşahidə etdirməkdədədir. USD/JPY cütlüyü 0.09% azalaraq 111.85 səviyyəsində olub.

AUD/USD cütlüyü isə 0.42% artımla 0.7205 səviyyəsinə, GBP/USD cütlüyü isə 0.25% artımla 1.3455 səviyyəsinə çatıb.

Federal Ehtiyatlar Sisteminin FED rəhbəri Cerom Povel stimullaşdırıcı tədbirləri dayandırmağa başlamaq üçün demək olar ki, bütün meyarları yerinə yetirdiyini və inflyasiyanın zaman keçdikcə yavaşlamağa başlayacağ321313123 1ına əmindir.

 

Son xəbərlər
Digər xəbərlər