16 C
Baku
Friday, November 22, 2024

ABŞ dollarının indeksi düşüb

ABŞ-da iş yerləri ilə bağlı daha çox məlumatın açıqlanmasını gözləyən treyderlərin fonunda dollar (USD) zəifləyir.

Banker.az-ın İnvestisiya bölməsi bildirir ki, çərşənbə günü açıqlanan iş yerləri və işçi dövriyyəsi araşdırması iş bazarının yumşalması ilə bağlı narahatlıqları artıraraq faiz dərəcələrinin endiriləcəyi gözləntilərini gücləndirib.

Bazarın diqqəti ABŞ-ın əmək bazarına yönəlib, cümə günü açıqlanacaq qeyri-kənd təsərrüfatı iş yerləri hesabatı ön plandadır.

ADP-dən qeyri-kənd təsərrüfatında məşğulların sayındakı dəyişikliklər (avqust üzrə) Bakı vaxtı ilə 16.15-də inkişaf göstərəcəyi gözlənilir, lakin 16.30 açıqlanacaq həftəlik işsizlik müraciətləri zəif olarsa və 18.00-da İSM qeyri-istehsal hesabatı əhəmiyyətli dərəcədə yaxşılaşmasa dollar üçün böyük dəstək gözlənilmir.

DXY dollar indeksi 0.1% azalaraq 101.230-a enib.

Bu arada əsas rəqiblərindən biri yapon valyutası ABŞ dollarına qarşı 1 faizdən çox bahalaşaraq 143.74 səviyyəsinə çatıb.

Son xəbərlər
Digər xəbərlər