3 C
Baku
Monday, January 19, 2026

ABŞ dollarının qlobal ehtiyatlardakı payı son 20 ilin minimumuna enib

Analitik platforma “The Kobeissi Letter”in məlumatına görə, ABŞ dollarının qlobal ehtiyatlardakı payı son 20 ilin minimumuna düşərək hazırda təxminən 40% təşkil edir.

Analitiklər bildirirlər: “ABŞ dolları hazırda dünya valyuta ehtiyatlarının təxminən 40%-ni təşkil edir — bu, ən azı son 20 ilin ən aşağı göstəricisidir. Son 10 ildə bu pay 18 faiz bəndi azalıb. Eyni dövrdə qızılın payı 12 bənd artaraq 28%-ə yüksəlib ki, bu da 1990-cı illərin əvvəllərindən bəri ən yüksək səviyyədir. Hazırda qızıl qlobal valyuta ehtiyatlarında avro, yen və funt sterlinqin birlikdə payından daha böyük yer tutur”.

“The Kobeissi Letter”in məlumatına əsasən, bu proses mərkəzi bankların aktivlərini diversifikasiya etməyə davam etməsi, ABŞ dollarından uzaqlaşması və eyni zamanda qızılı sürətlə ehtiyatlarında toplaması fonunda baş verir. Nəticədə qızılın qiyməti 2025-ci ildə 65% artıb ki, bu da 1979-cu ildən bəri ən böyük illik artımdır. ABŞ dolları indeksi isə 9,4% azalaraq son 8 ilin ən zəif illik nəticəsini göstərib.

Mütəxəssislərin sözlərinə görə, diversifikasiya zərurəti yarandıqda mərkəzi banklar regional valyutalara da yönəlirlər. Lakin bu valyutalara investisiya zamanı əsas problemlər bazarın həcmi və dərinliyi ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər