-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ Dövlət Departamenti İlham Əliyevlə Entoni Blinkenin telefon danışığı barədə məlumat yayıb

ABŞ Dövlət Departamenti Azərbaycan Prezidenti İlham Əliyevlə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken arasında telefon danışığı barədə məlumat yayıb.

Departamentin sözçüsü Ned Prays deyib ki, telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün irəliləyişlər müzakirə olunub.

“ABŞ-ın Azərbaycanla Ermənistan arasında uzunmüddətli əhatəli sülhün əldə edilməsinə yardım etmək məqsədilə ikitərəfli münasibətlər əsasında əməkdaşlığa hazır olduğu müzakirə edillib”, – N.Prays bildirib.

Qeyd edək ki, iyulun 26-da gecə saatlarında Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışğı olub. Həmin gün o, Ermənistanın Baş naziri Nikol Paşinyanla da danışıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər