14 C
Baku
Thursday, April 25, 2024

ABŞ Dövlət Departamenti Rusiya-Ermənistan münasibətlərinə şərh verməkdən imtina edib

ABŞ Dövlət Departamenti Ermənistan-Rusiya münasibətləri barədə şərh verməkdən imtina edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 12-də keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı suala cavab verməyib.

“Ermənistan Rusiyanın rəhbərlik etdiyi hərbi təlimlərə ev sahibliyi etməkdən imtina edib. Əvvəllər də eşitmişdik ki, Ermənistan rəsmiləri Rusiyanın onları Belarus-Rusiya koalisiyasına necə cəlb etmək istədiyi barədə danışırdılar. Rusiyanın Cənubi Qafqazda etdikləri barədə təəssüratınız nədir?” sualına cavabında Ned Prays jurnalistə bu sualı Ermənistan hökumətinə ünvanlamağı məsləhət görüb.

“Mən sizi Ermənistan hökumətinə müraciət etməyi tövsiyə edərdim ki, bu barədə onlar öz mövqeyini bildirsin”, – o əlavə edib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər