5 C
Baku
Saturday, December 14, 2024

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycana səfər edib.

Karen Donfrid iyunun 19-dək Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq. Dövlət katibinin köməkçisi hər üç ölkə ilə diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edərək, ABŞ-ın onların suverenliyi və müstəqilliyinə dəstəyini vurğulayacaq. O, həmçinin ABŞ-ın bütün regionda siyasi, iqtisadi və insanlar arasında əlaqələrin inkişafını dəstəkləməklə Cənubi Qafqazda davamlı sülhün qurulmasına kömək etməyə hazır olduğunu qeyd edəcək.

Donfrid Azərbaycanda ölkə rəsmiləri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək. Dövlət katibinin köməkçisi ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində diplomatik səylərə dəstəyini vurğulayacaq, Ukraynaya humanitar dəstəyə görə Azərbaycana təşəkkür edəcək və Avropanın enerji təhlükəsizliyinin təşviqi, transmilli təhdidlərlə mübarizə, fundamental azadlıqların dəstəklənməsi və ikitərəfli ticarətin inkişafı sahəsində tərəfdaşlığı vurğulayacaq.

İyunun 17-də dövlət katibinin köməkçisi Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək və Prezident Salome Zurabişvilinin təşkil etdiyi Tbilisi Qadınlar Beynəlxalq Konfransında çıxış edəcək. Donfrid həmçinin Tbilisidə baş nazir Qaribaşvili və digər hökumət rəsmiləri, müxalifət nümayəndələri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşərək, Kremlin Ukraynaya qarşı müharibəsini və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ABŞ-ın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini müzakirə edəcək. Dövlət katibinin köməkçisi həmçinin ABŞ-ın Gürcüstana demokratik inkişafı və qanunun aliliyini inkişaf etdirmək, bu ölkənin iqtisadiyyatını şaxələndirmək və firavan gələcəyin qurulmasında bundan sonra necə dəstəkləyə biləcəyini müzakirə edəcək.

Dövlət katibinin köməkçisi Donfrid daha sonra iyunun 18-də Ermənistanın paytaxtı İrəvana gedəcək, orada baş nazir Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşəcək. Dövlət katibinin köməkçisi ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı sülhə doğru diplomatik səylərə dəstəyini ifadə edəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər