9 C
Baku
Sunday, November 17, 2024

ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozu açıqlayıb

2022-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogen hasilatı 0,67 milyon barel/sutka səviyyəsində gözlənilir.

Bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) aylıq hesabatında deyilir. Bu proqnoz əvvəlki hesabatla müqayisədə dəyişməz qalıb.

Hesabata əsasən, 2022-ci ilin birinci rübündə hasilat 0,7 milyon, ikinci rübdə 67 milyon, üçüncü rübdə isə 0,65 milyon barel/sutka təşkil edib.

Dördüncü rübdə neft hasilatı 0,66 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.

2023-cü ildə isə proqnozlara əsasən, Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,64 milyon barel/sutka olacaq. Bu proqnoz da əvvəlki hesabatla müqayisədə dəyişməz qalıb.

Gələn il rüblük hasilat birinci rübdə 0,65 milyon, ikinci rübdə 0,64 milyon, üçüncü rübdə 0,63 milyon, dördüncü rübdə isə 0,64 milyon barel/sutka təşkil edəcək.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0,72 milyon barel təşkil edib.

EIA-nın göstəricilərinə görə, 2021-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,75 milyon, 0,7 milyon, 0,71 milyon və 0,71 milyon barel/sutka təşkil edib.

Son xəbərlər
Digər xəbərlər