17 C
Baku
Saturday, May 18, 2024

ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozu dəyişib

2022-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogen hasilatı 0.68 milyon barel/sutka səviyyəsində gözlənilir.

Bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Bu proqnoz əvvəlki hesabatda 0.69 milyon barel/sutka səviyyəsində idi.

Hesabata əsasən, 2022-ci ilin birinci rübündə hasilat 0.7 milyon, ikinci rübdə isə 0.69 milyon barel/sutka barel/sutka təşkil edib.

Üçüncü və dördüncü rüblərdə hasilat müvafiq olaraq 0.68 milyon və 0.67 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.

2023-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0.65 milyon barel/sutka olacaq. Əvvəlki hesabatda bu göstərici 0.67 milyon barel/sutka səviyyəsində idi.

Gələn il rüblük hasilat birinci rübdə 0.66 milyon, ikinci rübdə 0.65 milyon, üçüncü rübdə 0.64 milyon, dördüncü rübdə isə 0.65 milyon barel/sutka təşkil edəcək.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0.72 milyon barel təşkil edib.

EIA-nın göstəricilərinə görə, 2021-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0.75 milyon, 0.7 milyon, 0.71 milyon və 0.71 milyon barel/sutka təşkil edib.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər