15 C
Baku
Friday, April 26, 2024

ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə “F-16” qırıcı təyyarələri təklif edib

Türkiyə “F-35” tipli təyyarələrin alınması üçün ABŞ-a 1,4 milyard dollar ödəyib”

BuNu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikanın 3 ölkəsinə – Anqola, Toqo və Nigeriyaya səfərindən öncə Atatürk Hava Limanında mətbuata açıqlamasında bildirib.

R.T.Ərdoğan deyib ki, həmin vəsaitin geri qaytarılması üçün Türkiyə tərəfi danışıqları davam etdirir: “ABŞ tərəfi isə bu ödənişin əvəzinə “F-16” qırıcı təyyarələrinin alınmasını təklif etmişdi. Bununla əlaqədar olaraq da biz ölkəmizin müdafiə sənayesi ehtiyaclarını qarşılamaq üçün hansı addımlar atmaq lazımdırsa, o addımları da atacağıq. Əlimizdəki “F-16”-ların modernləşdirilməsindən başlayaraq, yeni əlavə “F-16”-lar almaq şərtilə müdafiə sənayesi bazamızı genişləndirəcəyik. Problemin həlli üçün dialoqun tərəfindəyik.”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər