26 C
Baku
Saturday, July 27, 2024

ABŞ FED-i bu gün faiz qərarı verir – Proqnoz nədir?

BANKER.AZ — ABŞ FED-i həftənin çərşənbə günü aqressiv sərtləşdirməni mülayimləşdirməyə hazırlaşır, eyni zamanda faiz dərəcələrinin sonda əvvəllər proqnozlaşdırılandan daha yüksək olacağına siqnallar da verir.

Sədr Cerom Pouel üçün çətin hissə investorları onun yumşalacağı deyil və 2% hədəfindən üç dəfə yüksək olan inflyasiyaya qarşı hücumlarına vaxtından əvvəl son qoymayacaqlarını indandırmaqdır.

Federal Açıq Bazar Komitəsinin (FOMC) faiz dərəcələrini 50 baza bəndi, və ya 0.5 faiz bəndi artırması və bençmark hədəf dərəcəsini 2007-ci ildən bəri ən yüksək göstərici olan 4.25%-dən 4.ş5%-ə çatdırması gözlənilir.

Yığıncaqdan sonra açıqlanan təzə rüblük iqtisadi proqnozlar da siyasətçilərin dərəcələrin nə qədər artacağını gözlədiyinə də aydınlıq gətirəcək.

“Bloomberg” tərəfindən aparılan sorğu iqtisadçılar FED sədrinin əvvəllər gözləniləndən daha yüksək olcağı və uçot faiz dərəcəsinin 4.9% -ə çatdığını öngörürlər. FED nəhayət mart ayından bu tərəfə aqressiv 0.75 faiz bəndlik artım tempinə fasilə verirlər.

Qərar və eləcə də proqnozlar Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaq. Mərkəzi bank sədri C.Pouel isə 30 dəqiqə ərzində çıxış etməklə və ayrıca sualları cavablayacaq.

Onun Birləşmiş Ştatların iqtisadiyyatında resessiya olub-olmayacağına dair məsələyə də toxunması gözlənilir.

Qeyd edək ki, ötən gün ABŞ-ın Əmək Statistika Bürosu ölkədə inflyasiyanın 7.7%-dən 7.1%-ə düşdüyü elan etdi. Bu da öz növbəsində birjaları FED sərtləşmə ilə bağlı siyasətində “əyləcə” basacağına inandırdı. Bu xəbərin ardından 6 əsas rəqib valyuta səbətinə qarşı ölçülən ABŞ dollarının indeksi bir neçə dəqiqə içində 104.5 bənddən 103.3 bəndə qədər eniş yaşadı. İndi hazırda dolların indeksi 103.6 bənd səviyyəsindədir.

Faiz qərarı Aktual Proqnoz Əvvəl
14 dekabr 2022 4.50% 4.00%
02 noyabr 2022 4.00% 4.00% 3.25%
21 sentyabr 2022 3.25% 3.25% 2.50%
27 iyul 2022 2.50% 2.50% 1.75%
15 iyun 2022 1.75% 1.50% 1.00%
04 May 2022 1.00% 1.00% 0.50%
16 mart 2022 0.50% 0.50% 0.25%
26 yanvar 2022 0.25% 0.25% 0.25%
15 dekabr 2021 0.25% 0.25% 0.25%
03 noyabr 2021 0.25% 0.25% 0.25%
22 sentyabr 2021 0.25% 0.25% 0.25%
28 iyul 2021 0.25% 0.25% 0.25%
16 iyun 2021 0.25% 0.25% 0.25%
28 aprel 2021 0.25% 0.25% 0.25%
17 mart 2021 0.25% 0.25% 0.25%
27 yanvar 2021 0.25% 0.25% 0.25%
16 dekabr 2020 0.25% 0.25% 0.25%
05 noyabr 2020 0.25% 0.25% 0.25%

 

Son xəbərlər
Digər xəbərlər