15 C
Baku
Sunday, April 14, 2024

ABŞ FED-i faiz dərəcəsinə dair qərar verəcək

ABŞ-nin Federal Ehtiyat Sisteminin faiz dərəcələrini 25 baza bəndi artıracağı gözlənilir. Bununla belə o faiz artımı tempini azaltsa da, inflyasiya ilə mübarizədə ayıq-sayıq qalacağı gözlənilir.

Banker.az xəbər verir ki, FED son faiz qərarını çərşənbə günü Bakı vaxtı ilə saat 23:00-da açıqlamalıdır. FED sədri Cerom Pauel 23:30-da mediaya məlumat verir.

(100 baza bəndi=1 faiz bəndi)

Ötən ilin martında başladığı artım tempi 25 baza bəndi ilə start verilsə də, sonrakı iclasların hər birində 50-75 baza bəndi artımlara getdi və indiki artım tempi son bir ilin ən zəifidir.

FED-in çərşənbə günü faiz artımı keçən mart ayından bəri səkkizinci artımdır. Bu, FED fondlarının hədəf dərəcəsi diapazonunu 4.50% – 4.75% səviyyəsinə çıxarması deməkdir.

ABŞ-də dekabrda illik inflyasiya 7.1%-dən 6.5%-ə qədər azalıb, fevralda da konsesus olaraq əksər iqtisadçılar 6.5%-də qalacağını proqnoz edir.

Çərşənbə axşamı FED-in iki günlük iclasına başlaması ilə səhmlər yüksəlib və S&P 500 yanvar ayında təxminən 6.2% artım etdi.  Texnologiya sektoru ay ərzində 9.2% artdı. Dekabr ayında təxminən 3.9% səviyyəsində başa çatdıqdan sonra 10 illik dövlət istiqrazlarının gəlirliliyi təqribən 3.5% olmaqla ilin sonundan bəri aşağı düşüb.

Xatırladaq ki, bu gün həmçinin Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 10:00-da faiz dəhlizinin parametrlərini açıqlayacaq.

Reliz vaxtı Aktual Proqnoz Əvvəl
Feb 01, 2023   4.75% 4.50%
Dec 14, 2022 4.50% 4.50% 4.00%
Nov 02, 2022 4.00% 4.00% 3.25%
Sep 21, 2022 3.25% 3.25% 2.50%
Jul 27, 2022 2.50% 2.50% 1.75%
Jun 15, 2022 1.75% 1.50% 1.00%
May 04, 2022 1.00% 1.00% 0.50%
Mar 16, 2022 0.50% 0.50% 0.25%
Jan 26, 2022 0.25% 0.25% 0.25%
Dec 15, 2021 0.25% 0.25% 0.25%

 

Son xəbərlər
Digər xəbərlər