ABŞ-nin Federal Ehtiyat Sisteminin faiz dərəcələrini 25 baza bəndi artıracağı gözlənilir. Bununla belə o faiz artımı tempini azaltsa da, inflyasiya ilə mübarizədə ayıq-sayıq qalacağı gözlənilir.
Banker.az xəbər verir ki, FED son faiz qərarını çərşənbə günü Bakı vaxtı ilə saat 23:00-da açıqlamalıdır. FED sədri Cerom Pauel 23:30-da mediaya məlumat verir.
(100 baza bəndi=1 faiz bəndi)
Ötən ilin martında başladığı artım tempi 25 baza bəndi ilə start verilsə də, sonrakı iclasların hər birində 50-75 baza bəndi artımlara getdi və indiki artım tempi son bir ilin ən zəifidir.
FED-in çərşənbə günü faiz artımı keçən mart ayından bəri səkkizinci artımdır. Bu, FED fondlarının hədəf dərəcəsi diapazonunu 4.50% – 4.75% səviyyəsinə çıxarması deməkdir.
ABŞ-də dekabrda illik inflyasiya 7.1%-dən 6.5%-ə qədər azalıb, fevralda da konsesus olaraq əksər iqtisadçılar 6.5%-də qalacağını proqnoz edir.
Çərşənbə axşamı FED-in iki günlük iclasına başlaması ilə səhmlər yüksəlib və S&P 500 yanvar ayında təxminən 6.2% artım etdi. Texnologiya sektoru ay ərzində 9.2% artdı. Dekabr ayında təxminən 3.9% səviyyəsində başa çatdıqdan sonra 10 illik dövlət istiqrazlarının gəlirliliyi təqribən 3.5% olmaqla ilin sonundan bəri aşağı düşüb.
Xatırladaq ki, bu gün həmçinin Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 10:00-da faiz dəhlizinin parametrlərini açıqlayacaq.
Reliz vaxtı | Aktual | Proqnoz | Əvvəl | |
Feb 01, 2023 | 4.75% | 4.50% | ||
Dec 14, 2022 | 4.50% | 4.50% | 4.00% | |
Nov 02, 2022 | 4.00% | 4.00% | 3.25% | |
Sep 21, 2022 | 3.25% | 3.25% | 2.50% | |
Jul 27, 2022 | 2.50% | 2.50% | 1.75% | |
Jun 15, 2022 | 1.75% | 1.50% | 1.00% | |
May 04, 2022 | 1.00% | 1.00% | 0.50% | |
Mar 16, 2022 | 0.50% | 0.50% | 0.25% | |
Jan 26, 2022 | 0.25% | 0.25% | 0.25% | |
Dec 15, 2021 | 0.25% | 0.25% | 0.25% |