10 C
Baku
Wednesday, December 10, 2025

ABŞ FED-i faizləri gözlənildiyi kimi endirib

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçit faiz dərəcəsini diapazonunu 0,25 faiz bəndi azaldaraq illik 3,5–3,75%-ə endirib.

Banker.az xəbər verir ki, FED-in son iclası sentyabr ayında keçirilmişdi. Həmin vaxt, 2024-cü ilin dekabrından bəri ilk dəfə olaraq, faiz dərəcəsi 0,25 faiz bəndi azaldılaraq illik 4–4,25% diapazonuna endirilmişdi. Bu qərar iqtisadi aktivliyin zəifləməsi və inflyasiyanın artması fonunda qəbul edilmişdi.

FED-in rəhbəri vəzifəsini Cerom Pauell icra edir. Onun səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır. ABŞ Prezidenti Donald Tramp cənab Pauellin sədrliyi dövründə tənzimləyicinin fəaliyyətini dəfələrlə tənqid edib.

Bir gün əvvəl Donald Tramp Pensilvaniya ştatında çıxışı zamanı bildirib ki, köməkçilərinə ABŞ-ın 46-cı prezidenti Co Bayden dövründə FED İdarə Heyətinə təyin edilmiş bəzi üzvlərin təyinatının qanuniliyini yoxlamaq tapşırığı verib. 19 noyabrda cənab Tramp FED rəhbərini faiz dərəcələrini azaltmadığı təqdirdə vəzifədən azad etməklə hədələmişdi.

1 dekabrda Donald Tramp artıq FED rəhbəri postuna namizədini müəyyən etdiyini bildirib, lakin onun adını açıqlamayıb. ABŞ Maliyyə Nazirliyi həmin şəxsin adının 25 dekabradək açıqlanacağını gözləyir.

Son xəbərlər
Digər xəbərlər