21 C
Baku
Wednesday, June 18, 2025

ABŞ FED-i faizləri sabit saxladı – Tramp endirilməsini istəyirdi

ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini dəyişməyərək 4,25–4,5% səviyyəsində saxladı.

Banker.az xəbər verir ki, FED bu səviyyəni artıq ardıcıl dördüncü dəfə qoruyur.

Qərar bazar və analitiklərin gözləntilərinə tam uyğun gəldi. FedWatch alətinə görə, bu ssenarinin ehtimalı qərardan əvvəl 99,9% səviyyəsində idi. Yalnız 0,1% ehtimal 25 bəndlik endirimi göstərirdi.

FED qərarını ABŞ prezidenti Donald Trampın faiz endirimi çağırışlarına baxmayaraq dəyişməz saxladı.

Əksər iqtisadçılar hesab edir ki, tənzimləyici qurum 2025-ci ildə monetar siyasəti yumşaltmağa başlayacaq.

Növbəti iclas 29–30 iyulda keçiriləcək.

Lakin bazar faiz endiriminin iyulda deyil, sentyabrda və ya daha gec reallaşacağını gözləyir.

 

Son xəbərlər
Digər xəbərlər