5 C
Baku
Saturday, December 14, 2024

ABŞ FED-i kəskin faiz artımına getdi

ABŞ-ın mərkəzi bank funksiyasında olan Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini daha 75 baza bəndi artırmaqla 4.00%-ə qaldırmış oldu.

Banker.az xəbər verir ki, sonuncu dəfə FED sentyabrda 2.50%-dən 3.25%-ə qaldırmışdı.

İndi növbəti gözlənti FED-in növbəti iclaslarda hansı templə faiz qərarı verməsidir. Yaz aylarına qədər uçot faiz dərəcəsinin 5.00%-ə qədər artırılması gözlənilir. Əgər “dot plot”la uçot faiz dərəcəsində artımların növbəti aylarda temp zəifləyərsə bu dolları indiki dəyərindən ucuzlaşdıra və ya əksi olarsa onu bir qədər də bahalaşdıra bilər.

Qeyd edək ki, ABŞ dolları bu il FED-in 0.25%-dən 3.25%-ə qədər uçot faiz dərəcəsinin qalxması nəticəsində digər valyutalara qarşı önəmli dəyər qazanıb.

ABŞ dollarının indeksi ilin əvvəlindən 20% dəyər qazanmaqla son 20 ilin maksimumuna çatıb. Altı əsas valyuta səbəti qarşısında ölçülən dollar indeksi 110 bəndlərin üzərində qərarlaşıb.

Azərbaycanda da dollar bahalaşa bilərmi?

Azərbaycan Mərkəzi Bank ilin sonunadək manata təhdidlərin olmadığını bildirib.

Milli Məclisin deputatı, Vüqar Bayramov bildirir ki, Bununla yanaşı Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla daha uzun müddətli dövr üçün rəsmi proqnozların elan edilməsi məqsədəuyğun olardı.

“Bu milli valyutada yığımlar və uzun müddətli sərmayə qoyluşları, xüsusən də yerli investisiya baxımdan da vacibdir. Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir”- deyə o bildirib.

Bütün bunlar ilə yanaşı, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.

 

Son xəbərlər
Digər xəbərlər