5 C
Baku
Tuesday, December 24, 2024

ABŞ FED-i uçot faiz dərəcəsini gözlənildiyi kimi 25 baza bəndi endirib

ABŞ-nin mərkəzi bank funksiyasında olan Federal Ehtiyat Sistemi gözlənildiyi kimi uçot faiz dərcəsini 4.50%-4.75% aralığına endirib.

Banker.az xəbər verir ki, bu da sorğuya qatılan əksər iqtisadçıların konsesus proqnozuna uyğundur.

FED-in bəyanatından:

● Son məlumatlar iqtisadi aktivliyin davamlı artım tempini göstərir. Əmək bazarındakı şərtlər ilin əvvəlindən yaxşılaşıb, işsizlik səviyyəsi artıb, lakin aşağı səviyyədə qalır. İnflyasiya 2%-lik hədəf göstəricisinə yaxınlaşsa da, bir qədər yüksək olaraq qalır.

● İşsizlik və inflyasiya ilə bağlı hədəflərə çatmaq riskləri təxminən tarazlaşmış vəziyyətdədir.

● Komitə balansın planlara uyğun olaraq azaldılmasını davam etdirəcək.

Son xəbərlər
Digər xəbərlər