ABŞ gələn il Gürcüstana 132 milyon dollar yardım ayıracaq.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında paylaşılmış 2023-cü il üzrə büdcə layihəsində qeyd olunub.
Sənəddə Gürcüstan üçün ayrılacaq vəsaitin işğal altındakı Abxaziya və Sxinvali regionlarına yönəldilməyəcəyi vurğulanıb.