Çərşənbə günü ABŞ Ermənistanı və Azərbaycanı gərginliyi aradan qaldırmağa və “hamı üçün məqbul olan və potensial olaraq əldə edilməsi mümkün olan” diplomatik həllər axtarmağa çağırıb, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.
Dövlət Departamentində jurnalistlər qarşısında çıxış edən katib Mayk Pompeo bildirib ki, o, bu cümə Azərbaycan və Ermənistan xarici işlər nazirlərindən “onların vəziyyətə baxışını və təkcə ABŞ-ın maraqlarına deyil, bu ölkələrin hər birinin maraqlarına uyğun olan həllə necə yaxınlaşa biləcəyimizi eşitməyi çox istəyir”.
“Bu, mürəkkəb diplomatik vəziyyətdir və bizim nöqteyi-nəzərimiz Avropa ölkələrinin irəliyə gedən doğru yolun münaqişəyə son qoymaq, gərginliyin aradan qaldırılmasına başlamaq, digər ölkələrin uzaq durması və bu münaqişəni qızışdırmaması, oraya heç bir silah sistemi göndərməməsi, heç bir dəstək göstərməməsi barədə mövqeyi ilə üst-üstə düşür və məhz bu zaman hamı üçün məqbul olan diplomatik həll əldə edilə bilər”, deyə Pompe bildirib.
Öz növbəsində, ABŞ-ın NATO-dakı səfiri Key Beyli Xatçison (Kay Bailey Hutchison) virtual mətbuat konfransında jurnalistlərə bildirib ki, Alyans “ABŞ və Rusiyanın etdiyini etməyə, yəni Dağlıq Qarabağda münaqişəni dayandırmağa çalışır”.
“Bu problem 30 ildir çürüyür. ABŞ, Rusiya və Fransanın daxil olduğu Minsk Qrupu münaqişəni başlanğıc mərhələyə, yəni Azərbaycanın suveren sərhədlərinə qaytarmaq istəyir, erməni əhali də burada yaşaya bilər. Bunu həll etmək olar və onda münaqişə başa çatacaq”, deyə o bildirib.
Bu arada, “biz hər iki tərəfi zorakılığı, qətlləri dayandırmağın yollarını müzakirə etməyə çağırırıq”.
“Bu, hərbi münaqişə yolu ilə həll edilə bilməz. Bunu sərhədlər və suverenlik çərçivəsində həll etmək lazımdır. Biz buna çalışırıq, Rusiya da, Fransa da bunda israr edir”, deyə o qeyd edib.