ABŞ-ın Ticarət Nazirliyi Çinin “Huawei” telekommunikasiya şirkətinə müvəqqəti lisenziya verib.
Tass xəbər verir ki, bunun sayəsində “Huawei” ABŞ-da istifadədə olan şəbəkə sahəsində xidmətini və markanın adını daşıyan mobil qurğuların proqram yenilənməsini təmin edə biləcək.
Məlumata görə, lisenziya müddəti 2019-cu il avqustun 19-na qədərdir.