18 C
Baku
Tuesday, April 23, 2024

ABŞ “Huawei”yi qara siyahıya salıb, texnologiya şirkəti bu qərarı tənqid edir

ABŞ-ın Ticarət Nazirliyi Çinin “Huawei” şirkətini və onun 70 bölməsini qara siyahıya daxil edəcək.

Bu barədə nazirliyin mətbuat xidməti bildirib.

Qərar onuna əsaslandırılır ki, “Huawei” ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına zidd fəaliyyətdə iştirak edirlər.

İndi “Huawei”in hər hansı avadanlığını satan Amerika istehsalçıları ölkə hakimiyyətinin lisenziyasını almalıdırlar.

Daha əvvəl Amerika tərəfi “Huawei” şirkəti və onun maliyyə direktoru Men Vançjouya qarşı rəsmi olaraq ittiham irəli sürüb.

Çinin “Huawei” şirkətinin rəhbərliyi hesab edir ki, ABŞ prezidenti Donald Trampın informasiya texnologiyalarının müdafiəsi haqqında fərmanı təşkilatın hüquqlarını məhdudlaşdırır.

Bu barədə AFP xəbər verir.

Agentliyin “Twitter”dəki səhifəsində yerləşdirilmiş xəbərində qeyd edilir ki, ABŞ-dakı “əsassız məhdudiyyətlər” onların hüquqlarını pozur.

Şirkətdən vurğulayıblar ki, belə tədbirlər ABŞ-da təhlükəsizliyi yaxşılaşdırmayacaq, əksinə, texnologiyaların keyfiyyətinə mənfi təsir edəcək.

“Huawei”in Birləşmiş Ştatlarda fəaliyyətinin məhdudiyyəti ona gətirib çıxaracaq ki, ABŞ (alıcıları) seçimdə məhdudlaşdırılacaq və onlara (istehlakçılara-red) keyfiyyətsiz və daha çox bahalı alternativlərdən istifadə etmək lazım gələcək“, – deyə təşkilatın bəyanatında bildirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər