10 C
Baku
Thursday, December 12, 2024

ABŞ-ın ən iri yataqlarında neft hasilatı 8,761 mln. barelə çatacaq

ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, bu ilin iyun ayında may ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.

Belə ki, ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 142 min barel və ya 1,6% artaraq 8,761 mln. barelə çatacaq.

Məlumata görə, hasilat üzrə artım əsasən “Permian”, “Eagle Ford”, “Bakken”, “Anadarko”, “Appalachia” və “Niobrara” yataqlarının payına düşəcək.

Xatırladaq ki, ötən il ABŞ-da gündəlik neft hasilatı 11,2 mln. barel təşkil edib. 2020-ci ildə ABŞ-da ortalama gündəlik neft hasilatı 11,28 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 12,25 mln. barel təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər