Nyu-York birjasında əsas indekslər, böyük texnoloji şirkətlərin rüblük müsbət hesabatları fonunda yüksəlib.
“Dow Jones” sənaye indeksi 78,49 bənd (0,30%) artaraq 26 392,14 bənd səviyyəsində dayanıb.
ABŞ bazarındakı 500 ən böyük şirkətin daxil olduğu “S&P 500” indeksi 20,06 bənd qazanaraq (0,62% ) və 3 266,28 bənd səviyyəsində qalıb.
“Nasdaq” elektron birja indeksi isə 158,96bənd (1,50%) yüksələrək 10 746,77bəndədək qalxıb.
Nyu-York birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 40,42 ABŞ dolları təşkil edib.