23 C
Baku
Saturday, April 20, 2024

ABŞ-ın 136 illik tarixə malik məşhur qəzeti $500 milyona satılır

ABŞ-ın 136 illik məşhur “Los-Anceles Tayms” qəzeti milyarder iş adamına satılıb.

Xarici KİV-ə istinadən, qəzeti biotexnologiya milyarderi Patrik Sun-Şionqun sahibi olduğu “Nant Kapital” şirkəti 500 milyon dollara alıb. Onun 8 milyard dollara sərvətə malik olduğu bildirilir.

Qəzetin daxil olduğu “Tronk” şirkətindən açıqlanıb ki, müqaviləyə əsasən “San-Diyeqo Union-Tribune” və digər yerli media qurumları da “Nan Kapital”ın tərkbinə keçib.

Sun-Şionq qeyd edibki, qəzetin fəaliyyətində ciddi dəyişiklik nəzərdə tutulmur və ənənə bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, son zamanlar “Los-Anceles Tayms”da qalmaqallar baş verirdi. Nəşrin redaktoru haqqında cinsi təcavüz iddiaları ortaya atıldıqdan sonra idarəetmə 3 redaktora tapşırılmışdı.

MənbəQafqazinfo
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər