-3 C
Baku
Sunday, December 15, 2024

ABŞ-ın Avropaya hərbi transferi davam edir – Slovakiya ilə müqaviə bağlandı 

ABŞ və Slovakiya arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb. Vaşinqtonda sənədi ABŞ dövlət katibi Entoni Blinken, Slovakiyanın müdafiə naziri Yaroslav Nad və Slovakiyanın xarici işlər naziri İvan Korçok imzalayıb.

Müvafiq saziş ABŞ-a Slovakiyadakı hərbi mövcudluğunu genişləndirməyə imkan verəcək.

Sənəd qüvvəyə minməsi üçün Slovakiya parlamenti tərəfindən ratifikasiya edilməli və ölkə prezidenti tərəfindən təsdiqlənməlidir.

Hərbi müqavilənin bağlanması etirazların baş verdiyi Slovakiyada birmənalı qarşılanmayıb. Tənqidçilər bunu respublikanın suverenliyinin itirilməsinə və ABŞ qüvvələri tərəfindən Slovakiya qanunlarının pozulmasına səbəb ola biləcəyini deyirlər.

Blinken qeyd edib ki, ABŞ Slovakiyada özünün daimi hərbi bazalarını yaratmayacaq və bu ölkədə daimi olaraq qoşunlarını yerləşdirməyəcək.

Xatırladaq ki , ABŞ Avropaya hərbi transferə başlayıb. Təxminən 2000 hərbçi Şimali Karolinadakı hərbi bazanı tərk edib. Onlar Polşa və Almaniyada yerləşdiriləcək. Almaniyadan daha minə yaxın ABŞ əsgəri Rumıniyaya göndəriləcək.

 

 

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər