22 C
Baku
Friday, April 26, 2024

ABŞ-ın büdcə kəsiri rekord səviyyəyə çatıb

COVID-19 pandemiyasının mənfi təsirlərini yumşaldılmasına ayrılan xərclər fonunda bu ilin iyun ayında ABŞ-ın büdcə kəsiri rekord 864 mlrd. dollara çatıb.

Hesabat ayında ABŞ-ın büdcə xərcləri təxminən 1,1 trln. dollar təşkil edib ki, bu da ABŞ-ın ortalama büdcə xərclərindən iki dəfə çoxdur. Gecikən vergi ödəmələrinə görə dövlət büdcəsinin gəlirləri azalaraq 240 mlrd. dollara enib. İyun ayında dövlət xərclərinin təxminən yarısı “Paycheck” Qoruma Proqramı çərçivəsində işə götürənlərə və işçilərə pandemiya vaxtı dəstək kimi müəssisələrə verilən kreditlərin payına düşüb.

Qeyd edək ki, dövlətin xərclərinin çoxalmasında işsizlik üzrə müavinətlərinin də rolu az deyil. 2020-ci ilin iyun ayında müavinətlərinin həcmi 116 mlrd. təşkil edib ki, bu da illik müqayisədə 58 dəfə çoxdur.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər