2 C
Baku
Saturday, December 14, 2024

ABŞ-ın dövlət katibi və müdafiə naziri Avropaya gəlir

ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin bu həftə Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

Bu barədə məlumatı “Reuters”ə ABŞ administrasiyasından bildiriblər.

Səfərdə məqsəd Avropa İttifaqının rəhbərliyi ilə Rusiyanın Ukraynaya qarşı fəaliyyətini, eləcə də İran və Əfqanıstandakı vəziyyəti müzakirə etməkdir.

Qeyd edək ki, Entoni Blinken martın 22-dən 25-dək Brüsseldə səfərdə olub. O, səfər çərçivəsində NATO-ya üzv olan ölkələrin xarici işlər nazirləri və Avropa İttifaqının liderləri ilə görüşmüşdü.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər