ABŞ-ın Enerji İnformasiya Administrasiyası neftin qiymətləri ilə bağlı proqnozunu aşağı salıb

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) 2016-cı və 2017-ci illərdə ölkə üzrə xam neftin hasilatı və qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.

Qurum aylıq hesabatında gündəlik xam neft hasilatı üzrə proqnozunu 2016-cı il üçün 8,69 milyon barreldən 8,67 milyon barrelə, 2017-ci ildə isə 8,46 milyon 8,19 milyon barrelə salıb.

EIA Qərbi Texas növü “Layt” markalı neftin bir barreli üzrə proqnozunu bu il üçün 37,59 dollardan 34,04 dollara, 2017-ci ildə isə 50 dollardan 40,09 dollara endirib.

Qurum cari il üçün “Brent” markalı neftin bir barrelinin qiymətini isə 37,52 dollardan 34,28 dollara salıb

AzərTac

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər