ABŞ-ın keçmiş vitse-prezidenti ölkənin son 40 ildə ən böyük rüsvayçılığını adlandırıb

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens amerikalıların Əfqanıstanı tərk etməsini Vaşinqtonun beynəlxalq aləmdə son 40 ildə ən böyük rüsvayçılıq kimi qiymətləndirib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Bayden administrasiyasının Əfqanıstandan fəlakətli şəkildə getməsi – İran böhranından bəri ölkənin yaşadığını ən böyük xarici siyasət rüsvayçılığıdır”, – deyə Mayk Pens söyləyib.

Xatırladaq ki, 1979-cu ilin noyabrında İrandakı islam inqilabının lideri imam Homeyni ABŞ-ın tehrandakı səfirliyini və işçilərini ələ keçirib. Buna cavab olaraq ABŞ prezidenti Cimmi Karter İranla diplomatik əlaqələri kəsib və Tehrana qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Böhran 444 gün sonra, 1981-ci ilin yanvarında həllini tapıb. Pensin sözlərinə görə, Baydenin qoşunları geri çəkmək qərarı ABŞ-ı bütün dünyada rüsvay edib və son 20 ildə Əfqanıstanda xidmət edən amerikalıların xatirəsinə ləkə gətirib.

Əfqanıstandakı vəziyyət son həftələrdə “Taliban” hərəkatının fəallaşması nəticəsində gərginləşməyə başlayıb. Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk edib. 16 avqustda “Taliban” nümayəndəsi Məhəmməd Naim Əfqanıstandakı müharibənin başa çatdığını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər