Serbiyanın ən böyük enerji və neft-qaz şirkəti olan NIS-dəki Rusiya payının satışı üzrə razılaşmanın başa çatmasına bir aydan az vaxt qalıb.
Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.
Qeyd edək ki, NİS Serbiyanın ən böyük enerji və neft-qaz şirkətidir.
“Bizə qarşı sanksiyalar formal olaraq davam edir, sadəcə olaraq hələ tətbiq olunmur – NIS-in satışı üzrə razılaşmanın yekun olaraq başa çatmasına bir aydan az vaxt qalıb”, – o deyib.
Serbiya lideri vurğulayıb ki, hakimiyyətin bahalaşmanın qarşısını almağa çalışaraq aksiz gəlirlərinin 25 %-dən imtina etməsinə baxmayaraq, ölkə yanacaq qiymətlərinin artması səbəbindən ciddi problemlə üzləşib.
“Ağ Evdən, Tehrandan və ya regiondan verilən istənilən bəyanat qiymətləri yalnız yuxarı qaldırır. Yaxşı olardı ki, ümumiyyətlə heç kim heç nə deməsin. Hər dəfə bazarı sakitləşdirməyə cəhd edildikdə, neft daha da güclü bahalaşır”, – Serbiya lideri qeyd edib.
O əlavə edib ki, hökumət artıq müəyyən vergi güzəştləri ilə bağlı ciddi addımlara gedib, lakin vəziyyət əvvəlki kimi ağır olaraq qalır.
“Artıq regionun səkkiz ölkəsindən altısında yanacaq bizdəkindən bahadır. Mən bilmirəm daha nə edək – ümumiyyətlə dövlətin bütün gəlirlərindən imtina edək? Biz çox mürəkkəb vəziyyətdəyik”, – Serbiya Prezidenti bildirib.







