2 C
Baku
Saturday, December 14, 2024

ABŞ-ın kommersiya neft ehtiyatları azalıb

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 7 114 min barel azalaraq 436 568 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 704 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər