10 C
Baku
Wednesday, November 13, 2024

ABŞ-ın neft ehtiyatları azalıb

Ötən həftənin yekunlarına görə (11-15 may), ABŞ-ın kommersiya neft ehtiyatları 4,98 mln. barel azalaraq 526,8 mln. barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 1,15 mln. barelə yaxın artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər