11 C
Baku
Wednesday, December 11, 2024

ABŞ-ın neft ehtiyatları daha da azalıb

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 3 282 min barel azalaraq 421 672 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 923 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər