26 C
Baku
Saturday, July 27, 2024

ABŞ-ın neft ehtiyyatları 490 mln. barrelə çatdı

Amerika Birləşmiş Ştatlarının xam neft ehtiyatları artır.

Bununla bağlı ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 800 min barrel (0.2 faiz) artaraq 489.5 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1.7 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 4.3 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə 400 min barrel azalaraq 638.3 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 2.6 milyon barrel (1.2 faiz) artaraq 228 milyon barrel təşkil edib. Bazar proqnozları da ehtiyatların çoxalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2.3 milyon barrel azalmışdı.

Son xəbərlər
Digər xəbərlər