6 C
Baku
Sunday, December 15, 2024

“ABŞ-ın qərarı şirkət üçün əhəmiyyət kəsb etmir”: Huawei-in banisi

“Huawei” şirkətinin banisi Jen Çjenfey ABŞ-ın Ticarət Nazirliyinin şirkətin Birləşmiş Ştatlarda fəaliyyətini müvəqqəti yeniləməsi qərarına münasibət bildirib. Bu barədə “Reuters” xəbər verir.

Onun sözlərinə görə, ABŞ-ın qərarı “Huawei” üçün əhəmiyyət kəsb etmir. Şirkətin banisi həmçinin əlavə edib ki, digər şirkətlər yaxın 2-3 ildə 5G texnologiyasında “Huawei”yə çata bilməyəcəklər.

Çjenfey vurğulayıb ki, şirkətin texnologiyası ABŞ-ın addımlarından zərər çəkməyib.

Daha əvvəl Çinin “Huawei” şirkətinin rəhbərliyi hesab edir ki, ABŞ prezidenti Donald Trampın informasiya texnologiyalarının müdafiəsi haqqında fərmanı təşkilatın hüquqlarını məhdudlaşdırır.

Report

Son xəbərlər
Digər xəbərlər