15 C
Baku
Saturday, April 20, 2024

ABŞ-ın tanınmış şirkəti Azərbaycan bazarına girib

ABŞ-ın yarım milyard dəyərində olan “CH2M HILL Companies, Ltd” və ya CH2M kimi tanınan şirkəti Azərbaycan bazarına girib.

Bu barədə Banker.az İN yanında Dövlət Vergi Xidməti tərəfindən qeydə alınan məlumata əsasən xəbər verir.

CH2M Azərbaycanda filialını açıb. Şirkət filialına qanuni təmsilçiliyi Graham Erıc Paul adlı Amerika Birləşmiş Ştatları vətəndaşı edəcək.

Şirkət Bakı şəhəri Nəsimi rayonu, Bülbül Pr. Ev.56a,1-ci giriş, Mərt.1. ünvanda dövlət qeydiyyatına alınıb.

CH2M 1946-cı ildə yaradılan şirkətin 30 mindən çox işçisi vardır. Şirkət  dövlət və korporasiyalar üçün konsaltinq, dizayn, inşaat və əməliyyatları aparan mühəndislik şirkətidir.

Son xəbərlər
Digər xəbərlər