6 C
Baku
Sunday, December 15, 2024

ABŞ-ın ÜDM-i ilə bağlı statistik məlumatların açıqlanması ərəfəsində qızıl cüzi bahalaşıb

Bu gün dünya bazarında qızılın qiyməti ciddi dinamika nümayiş etdirməyib.

Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,03 % və ya 0,65 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1924,5 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,06 % artaraq 1 unsiyası 22,973 ABŞ dolları təşkil edib.

Bu həftə treyderlər üçün ən mühüm hadisə ABŞ-ın ÜDM-i ilə bağlı statistik məlumatların açıqlanması olacaq.

Eyni zamanda, qızılın qiymətinə təsir göstərən ABŞ dollarının məzənnəsi də sabitdir. Belə ki, ABŞ dollarının indeksi 0,07 % düşərək 102,57 bənd təşkil edib. Ucuz ABŞ dolları isə xammal materiallarını, o cümlədən qızılı başqa valyutalarla alış üçün əlçatan edir.

Son xəbərlər
Digər xəbərlər