9 C
Baku
Friday, December 13, 2024

ABŞ-ın ÜDM-i üçüncü rübdə 5.2% artıb

Dünən, noyabrın 29-da ABŞ Ticarət Departamentinin İqtisadi Təhlil Bürosu üçüncü rüb üzrə ABŞ ÜDM-i ilə bağlı yenilənmiş məlumatları dərc edib. Büronun məlumatına görə, illik müqayisədə bu rəqəm 5.2% artıb. Nəticə “Dow Jones” tərəfindən sorğu edilən analitiklərin proqnozlarından daha yaxşı olub – onlar 5% artım gözləyirdilər.

Üçüncü rübdə istehlak xərcləri 3.6% artıb. Bununla yanaşı, ekspertlər dördüncü rübdə həm ÜDM-in, həm də istehlak xərclərinin artımının səngiyə biləcəyini proqnozlaşdırırlar. Daha əvvəl ABŞ-da pərakəndə satışların oktyabr ayında 0.1% azaldığını və bunun mart ayından bəri ilk azalma olduğu bildirilmişdi.

Son xəbərlər
Digər xəbərlər