28 C
Baku
Sunday, June 26, 2022

ABŞ-ın Vətəndaşlıq və Miqrasiya Xidməti xarici ölkələrdə bir neçə nümayəndəliyini bağlayacaq

ABŞ-ın Vətəndaşlıq və Miqrasiya Xidməti özünün ölkə xaricindəki mövcudluğunu əhəmiyyətli dərəcədə azaltmaq planlarını bəyan edib.

Amerika KİV-lərinin yaydığı məlumata görə, agentlik qaçqınlar və beynəlxalq əməliyyat məsələləri üzrə şöbənin xarici nümayəndəliklərini bağlamaq qərarına gəlib. Ofislərin bağlanması gələn il ərzində həyata keçiriləcək. Qeyd olunur ki, agentlik tərəfindən yerinə yetirilən bəzi əməliyyatlar Dövlət Departamentinə ötürüləcək.

ABŞ-ın Vətəndaşlıq və Miqrasiya Xidmətinin direktoru Li Frensis Sissna bütün əməkdaşlara bildiriş göndərib ki, agentlik beynəlxalq işçi yükünün böyük hissəsinin daxildə işlənilməsini ABŞ-ın xaricdə olan səfirlik və konsulluqlarına həvalə etməyə hazırlaşır. Vətəndaşlıq və Miqrasiya Xidmətinin xarici nümayəndəliyi olmadığı yerlərdə Dövlət Departamenti artıq miqrasiya qurumunun bəzi vəzifələrini yerinə yetirir. Məsələn, bəzi səfirliklər ABŞ-ın daimi sakinlərinə itirdikləri “qrin-kartlar”ı yenidən verirlər.

AzerTag

Son xəbərlər
Oxşar xəbərlər