ABŞ-ın vitse-prezidenti Mayk Pens ikinci dəfə bu vəzifəyə seçilmək üçün namizədliyini irəli sürməyə razılıq verib.
Banker.az bu barədə “Ria”ya istinadən xəbər verir.
“Respublikaçılar Partiyasının dəstəyi və Allahın lütfü ilə Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti vəzifəsinə seçilmək üçün namizədliyimi təvazökarlıqla qəbul edirəm”, – deyə Mayk Pens söyləyib.
O, ölkənin başçısı Donald Trampa ona göstərilən etimada görə minnətdarlığını bildirib.