7 C
Baku
Thursday, December 12, 2024

ABŞ-ın vitse-prezidenti Trampın hakimiyyətdən uzaqlaşdırılmasını dəstəkləmir

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pens prezident Donald Trampın hakimiyyətdən uzaqlaşdırılması üçün ABŞ Konstitusiyasına 25-ci düzəlişin müddəalarından istifadə edilməsinin tərəfdarı deyil.

Bu barədə “The New York Times” xəbər verir.

Mənbələrin nəşrə bildirdiyinə görə, Pens, vitse-prezidentin Trampın əvəzinə dövlət başçısı vəzifəsini yerinə yetirməyi tələb edən konqresmenlərlə razılaşmır. Qəzetin yazdığına görə, bir sıra kabinet üzvləri də bunu uyğun hesab etmirlər.

Respublikaçılardan biri “Business Insider” nəşrinə M. Pensin dövlət başçısının səlahiyyətlərini icra etmək ehtimalına münasibət bildirərək “Bu olmayacaq” deyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər