13 C
Baku
Friday, April 26, 2024

ABŞ-ın yeni hökumətinin çağırışları dolları son 4 ayın maksimumuna yüksəltdi

Pandemiya dövrində ABŞ-da iqtisadiyyatı dirçəltmək üçün hakim partiya demokratların tətbiq etdiyi 1.9 trilyon dollarlıq iqtisadi yardım paketinin realizasiyası və “zəif dolların” çağırışlarını rədd edilməsi ardından dollar 4 ayın ən yaxşı göstəricisini nümayiş etdirir.

Banker.az xəbər verir ki, ABŞ dollarının indeksi 6 əsas valyuta səbəti qarşısında 92.347 bənd təşkil edib. Bu da sessiya ərzində 0.013 bənd, yəni 0.01% artıb. Bu göstərici sonuncu dəfə 23 noyabr 2020-ci il tarixdə olmuşdu.

  • Dollar indeksi – ABŞ dollarının dünyanın 6 əsas valyutasından ibarət valyuta səbətinə nisbətini göstərir. Bu valyutalar – avro (səbətdə payı 57.6%), yen (13.6%), funt sterlinq (11.9%), Kanada dolları (9.1%), İsveç kronu (4.2%) və İsveçrə frankı (3.6%) təşkil edir. İndeks 1973-cü ilin mart ayından hesablanır və baza dəyəri 100 qəbul olunub.

Artıq yeni hakimiyyət olan demokratların rəsmlərinin son açıqlamaları da bir daha güclü dolların dəstəkləndiyi (məsələn, bu Tramp hakimiyyəti dövrində əksinə idi) müşahidə edilməkdədir. Belə ki, ABŞ-ın Ticarət üzrə katibi/Ticarət naziri Cina Raymondo (Gina Raimondo) ötən gün güclü dolların “Amerika üçün yaxşı” olduğunu qeyd edib. Xanım nazir “Greenback”in (dollar əskinazı) zəifləməsinə dair çağırışları rədd etdiklərini dilə gətirib.

DOLLAR DİGƏR VALYUTALARA QARŞI

Hazırda EUR/USD valyuta cütlüyü 0.068% artımla 1.1858, GBP/USD 0.19% artımla 1.3848, USD/CAD cütlüyü 0.10% azalma ilə 1.2651, USD/CHF cütlüyü, 0.07% azalma ilə 0.9359 USD/JPY cütlüyü isə 0.25% artımla 109.193 səviyyəsində müşahidə edilib.

Hazırda avro/dollar (EUR/USD) cütlüyünün məzənnəsi artım göstərsə də, bu qısamüddətli zamanı əhatə edir. Xatırladaq ki, bu valyutaların məzənnə səviyyəsi sonuncu dəfə 24 noyabr 2020-ci il tarixdə (1.1843) səviyyəsində müşahidə edilmişdi. Sonradan artımla 1.2341 ( 7 yanvar 2021) qədər yüksəlmişdi.

ABŞ-da dövlət istiqrazlarının son illərin tarixi rekord gəlirliliyi illik olmaqla 1.62%-ə qədər yüksəlməsi də dünyanın ən populyar valyutasını gücləndirməkdə əsas stimul kimi qalmaqdadır.

Əlavə olaraq ABŞ-ın iqtisadiyyatının bərpası və əmək bazarı üzrə sağalmalar öz qaydasında getməkdədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər