6 C
Baku
Saturday, December 14, 2024

ABŞ iqtisadiyyatı 1.9 trilyon dollarlıq stimullaşdırılacaq

ABŞ Konqresinin Nümayəndələr Palatası koronavirus (COVID-19) pandemiyası fonunda 1,9 trilyon dollar dəyərində iqtisadi stimullaşdırma paketini təsdiqləyib.

Bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumata görə, müvafiq qanun layihəsinin lehinə219 nəfər səs verib, 212 nəfər isə bu qanuna qarşı çıxıb.

Daha sonra sənədi Senat qəbul etməli və ABŞ Prezidenti Cozef Bayden imzalamalıdır.

Layihədə əksər vergi ödəyicilərinə 1 400 dollarlıq çek göndərilməsi, eləcə də federal səviyyədə minimum əmək haqqının saatda 15 dollara çatdırılması öz əksini tapıb.

Son xəbərlər
Digər xəbərlər