17 C
Baku
Monday, May 6, 2024

ABŞ iqtisadiyyatı 2-cü rübdə kiçilib

2022-ci ilin ikinci rübündə ABŞ-ın ümumi daxili məhsulu illik müqayisədə gözlənilmədən kiçilib.

Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın İqtisadi Analitika Bürosu məlumat yayıb.

Qeyd edilir ki, 2022-ci ilin ikinci rübündə ölkə iqtisadiyyatı 0.9% kiçilib. Birjalar isə həmin rübdə ÜDM-in 0.5% artacağını proqnoz edirdi.

Digər bir göstərici də açıqlandı ki, ölkdə həftə ərzində işsizlik müavinəti almaq istəyənlərin sayı ötən həftə 256 min olub. Bu öncəki həftə 261 min idi. Lakin bu həftə birjalar 253 min olacağını proqnoz edirdi.

Qeyd edək ki, ölkədə ressesiya risklərinin olması artıq öncəki iclaslardan fərqli olaraq bu dəfə FED sədrindən işarə edilib. O bildirib ki, artıq növbəti iclaslarda faiz artımı tempini bir qədər yumşaldılması lazımdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər